"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub

Formula 1
  • 23 avqust, 2026
  • 19:17
Formula 1 üzrə Niderland Qran-prisinin qalibi bəlli olub

"Formula 1" üzrə Niderland Qran-prisinin qalibi bəlli olub.

"Report"un məlumatına görə, "Maklaren"in britaniyalı pilotu Lando Norris bütün rəqiblərini qabaqlayıb.

"Mercedes"dən olan italiyalı Kimi Antonelli ikinci, onun britaniyalı komanda yoldaşı Corc Rassell üçüncü yeri tutub.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.