Ronaldu “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir

Fərdi
  • 10 oktyabr, 2023
  • 02:34
Ronaldu “Əl-Nəsr”lə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istəyir.

“Report” xəbər verir ki, bu barədə jurnalist Əli Əl-Hərbi məlumat verib.

Futbolçu 2026-cı il dünya çempionatında da oynamağı planlaşdırır. Ronaldu artıq klub rəhbərliyinə müqaviləsinin müddətini 2027-ci ilə qədər uzatmaq istədiyini bildirib.

Ronaldu 2 yanvar 2023-cü ildə 200 milyon avro müqabilində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun oyunçusu olub.