Moldova klubunun avrokubok oyunu azarkeşsiz keçiriləcək
Fərdi
- 14 fevral, 2023
- 12:26
Moldovada "Şerif" və Serbiyanın "Partizan" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu azarkeşsiz keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Tiraspol təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Moldova Futbol Federasiyası ölkə rəhbərliyinin istəyi ilə qarşılaşmanın boş tribunalar önündə baş tutacağını kluba çatdırıb.
Görüş üçün bilet almış fanatların pulları geri qaytarılacaq. Budan əlavə, komandalarını dəstəkləmək üçün Moldovaya gələn serbiyalı tərəfdarların ölkəyə buraxılmadığı məlum olub.
Qeyd edək ki, fevralın 16-da oynanılacaq "Şerif" - "Partizan" matçı Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Daha əvvəl Moldova prezidenti Maya Sandu ölkəyə hücumlar hazırlandığını bildirib.
Son xəbərlər
08:04
Çinin şərqində təbii mis və qızıl ərintisinin iri yataqları aşkar edilib
Digər ölkələr07:52
Azərbaycan mediasının nümayəndələri ŞƏT sammitini yerindən izləyir
Media07:48
Cənubi Koreya Prezidentinin aparat rəhbəri birjadakı dəyişiklik fonunda istefa verib
Digər ölkələr07:15
Foto
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Daxili siyasət06:43
Ağdama qayıdan keçmiş məcburi köçkün: Sevincimin həddi-hüdudu yoxdur
Daxili siyasət06:37
Ağdam sakini: Ağlaya-ağlaya çıxdığımız yurdumuza sevinc gözyaşı ilə qayıdırıq
Daxili siyasət05:57
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 974-ə çatıb
Digər ölkələr05:20
ABŞ-də keçmiş dəstə lideri Tupakın qətlində təqsirkar bilinib
Digər ölkələr04:58