Dünya çempionatı: Elcan Hacıyev mübarizəni 1/8 finalda dayandırıb - YENİLƏNİB-2

Fərdi
  • 08 oktyabr, 2026
  • 13:13
Dünya çempionatı: Elcan Hacıyev mübarizəni 1/8 finalda dayandırıb - YENİLƏNİB-2

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında mübarizəni 1/8 finalda dayandırıb.

"Report"un məlumatına görə, milli üzvü bu mərhələdə Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambuya məğlub olub.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında növbəti qələbəsini qazanaraq 1/8 finala yüksəlib.

"Report"un məlumatına görə, milli üzvü 1/16 finalda kanadalı Kiqan Yanqı məğlub edib.

E.Hacıyev 1/8 finalda Fransa təmsilçisi Maksim-Qel Naqayap Hambu ilə üz-üzə gələcək.

Xatırladaq ki, Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq. Daha əvvəl Azərbaycan təmsilçilərindən Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıblar.

Azərbaycan cüdoçusu Elcan Hacıyev Bakıda keçirilən dünya çempionatında 1/16 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, milli üzvü 1/32 finalda ABŞ cüdoçusu Aleksander Knaufu məğlub edib.

E.Hacıyev 1/16 finalda kanadalı Kiqan Yanqla üz-üzə gələcək.