Azərbaycanın cüdo millisi İslamiadada finala vəsiqə qazanıb - YENİLƏNİB

Fərdi
  • 10 noyabr, 2025
  • 15:08
Azərbaycanın cüdo millisi İslamiadada finala vəsiqə qazanıb - YENİLƏNİB

Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, yığma qarışıq komanda yarışının yarımfinalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan millisi rəqibini üstələyərək (4:1) finala yüksəlib.

Həlledici dueldə rəqib Özbəkistan olacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Cüdo üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, yığma qarışıq komanda yarışının 1/4 finalında Səudiyyə Ərəbistanı seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan millisi rəqibini üstələyərək (4:0) yarımfinala yüksəlib.

Yığma növbəti raundda Qazaxıstanla qarşılaşacaq.

Qeyd edək ki, İslamiada noyabrın 21-də başa çatacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti