Azərbaycan kanoeçisi Tatyana Smilovenko Dünya Kubokunda mübarizə aparacaq

Fərdi
  • 05 may, 2026
  • 17:46
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Dünya Kubokunda mübarizə aparacaq

Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanın Seqed şəhərində keçiriləcək Dünya Kubokunun birinci mərhələsində iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.

Yarış 2028-ci ildə Los-Ancelesdə təşkil olunacaq Yay Olimpiya Oyunlarına reytinq xalı verəcək.

Xatırladaq ki, kayak və kanoe üzrə Dünya Kuboku mayın 8-10-da təşkil olunacaq.