Azərbaycan güləşçiləri Serbiyada dünya çempionatında iştirak edəcəklər
- 16 oktyabr, 2025
- 16:38

Azərbaycan güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçiriləcək U-23 dünya çempionatında iştirak edəcəklər.
"Report" xəbər verir ki, ilin son mundialında iştirak edəcək heyət artıq müəyyənləşib.
Yarışa yunan-Roma güləşçiləri start verəcək. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Kamran Məmmədovun rəhbərliyi altında Elmir Əliyev (55 kq), İlkin Qurbanov (60 kq), Ziya Babaşov (63 kq), Fəraim Mustafayev (67 kq), Ruslan Nurullayev (72 kq), Davud Məmmədov (77 kq), Elmin Əliyev (82 kq), Laçın Vəliyev (87 kq), Əli Quliyev (97 kq) və Ayxan Mərdanov (130 kq) mundialda iştirak edəcək.
Daha sonra baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında qadın güləşçilərimiz mübarizəyə qoşulacaq. Heyətdə Əsmər Cankurtaran (50 kq), Elnurə Məmmədova (53 kq), Gültəkin Şirinova (55 kq), Nərgiz Səmədova (57 kq), Günay Qurbanova (59 kq), Birgül Soltanova (62 kq) və Ruzanna Məmmədova (65 kq) yer alıb.
Yarışın son günlərində xalçaya sərbəst güləşçilər çıxacaq. Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Kokoyev və Şərif Şərifovun rəhbərliyi altında Muhəmmədəli Əlizadə (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Ayxan Abdullazadə (65 kq), Kənan Heybətov (70 kq), Maqomed-Başir Xaniyev (74 kq), Fərid Cabbarov (79 kq), Ali Tsokayev (86 kq), Sadiq Mustafazadə (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) uğur qazanmağa çalışacaq.
Oktyabrın 20-dən 27-dək baş tutacaq görüşlər hər gün Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Medallar uğrunda qarşılaşmalar isə 20:00-da start götürəcək.
Dünya çempionatında I-S kateqoriyalı hakim Asif Şirəliyev, eləcə də I kateqoriyalı referilər Kamran Əliyev və Həbib Nurulu ədaləti qoruyacaq.