SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb
- 17 mart, 2025
- 16:11
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb.
"Report" xəbər verir ki, bunu şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir", - deyə o qeyd edib.
During our working visit to Israel, alongside Rovshan Najaf (@RovshanNajaf), the President of SOCAR (@SOCARofficial), we attended the presentation ceremony of exploration licenses for Block "I" in Israel's Exclusive Economic Zone (EEZ). These licenses offer strategic advantages… pic.twitter.com/ZVoclkmyTP
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 17, 2025