SOCAR Hindistan şirkətləri ilə əməkdaşlığı müzakirə edib
- 18 yanvar, 2024
- 09:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Hindistan şirkətləri ilə əməkdaşlıqları davam etdirmək niyyətindədir.
“Report” xəbər verir ki, bunu SOCAR prezidenti Rövşən Nəcəf "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Davos İqtisadi Forumu çərçivəsində SOCAR prezidenti Hindistanın neft və təbii qaz, həmçinin mənzil və şəhər işləri naziri Hardip S Puri (Hardeep S Puri) ilə görüşüb.
“Görüşümüz zamanı iki ölkənin şirkətləri arasında davam edən əməkdaşlığa müraciət etdik”, - deyə R. Nəcəf bildirib.
During our meeting with @HardeepSPuri, Minister of Petroleum and Natural Gas & Minister of Housing and Urban Affairs of India, we addressed the ongoing collaboration between @SOCARofficial and #India|n companies. #WEF24 pic.twitter.com/hS09cwCfkB
— Rovshan Najaf (@RovshanNajaf) January 18, 2024