SOCAR dənizdə yeni quyu istismara verib
Energetika
- 19 sentyabr, 2014
- 03:09
Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Darvin bankası" yatağında yeni quyunun qazılması işlərini tamamlayıb.
"Report" SOCAR-ın məlumatına istinadən xəbər verir ki, 670 saylı quyu 1 485 metr dərinliyinə Qirməki Lay Dəstəsinə qazılıb. Hazırda quyunun sutkalıq hasilatı 6 ton neft təşkil edir.
Pirallahı adasından (keçmiş Artyom adası) 6 km məsafədə dənizdə yerləşən "Darvin bankası" yatağı 1950-ci illərdən istismar olunur və 3 mln. ton neft və 0,5 mlrd. kubmetr qaz həcmində qalıq ehtiyatlara malikdir.
Qeyd edək ki, 50 il ərzində yataqdan 16,2 mln. ton neft hasil olunub. Yataq neftin hasil olunması və nəqli üçün zəruri infrastrukturla təchiz olunub.
Son xəbərlər
12:47
Foto
TDT ölkələri dayanıqlı maliyyələşdirmədə əməkdaşlığı genişləndirəcək
Maliyyə12:46
"Sabah"ı "Mançester Yunayted"lə oyunda 300-ə yaxın azarkeş dəstəkləyəcək
Futbol12:44
"ADY Express": 8 ayda Orta Dəhliz üzrə 54 TEU-ya yaxın yük daşınıb
İnfrastruktur12:40
Devid Hiqqins: COP31 geosiyasi gərginlik, enerji qeyri-sabitliyi fonunda keçiriləcək
Ekologiya12:36
Papuaşvili: Gürcüstanda seçkilərə xaricdən müdaxilə cəhdləri olub
Region12:19
"Fiorentina" sabiq baş məşqçisi Fabio Qrossonu məhkəməyə verməyi planlaşdırır
Futbol12:19
COP30-un icraçı direktoru: İqlim gündəliyinin davamlı nəzərdən keçirilməsi və yenilənməsi zəruridir
Xarici siyasət12:18
Sabah Bakıda yağış, bölgələrdə leysan yağacaq - PROQNOZ
Ekologiya12:16
Foto