SOCAR 2008-2017-ci illərdə Kulevi Terminalına 96 mln. dollar yatırıb
Energetika
- 03 sentyabr, 2018
- 13:29
Bakı. 3 sentyabr. REPORT.AZ/ 2008-2017-ci illər arasında “Black Sea Terminal” - Kulevi Neft Terminalına 96 mln. ABŞ dolları sərmayə yatırılıb.
"Report" xəbər verir ki, bu barədə SOCAR-ın "2017-cü il üzrə illik hesabatı"nda qeyd olunub.
Bu məbləğin 10 mln. dolları 2017-ci ilin payına düşüb.
2008-2017-ci illər ərzində terminal vasitəsilə daşınan məhsulun həcmi isə 23 mln. ton olub. 2017-ci il ərzində bu göstərici 1 606 354 ton təşkil edib.
“Black Sea Terminal” - Kulevi Neft Terminalı 2008-ci ildən etibarən istismara verilib. Məlumata görə, istismara qədər investisiya xərcləri 233 mln. dollar həcmində olub.
Terminal Azərbaycan və Orta Asiya regionundan neft və neft məhsullarının daşınması üçün nəzərdə tutulub.
Son xəbərlər
06:38
Keçmiş məcburi köçkün: Bu gün mənim üçün çox sevincli gündür
Daxili siyasət06:26
Bakıda mopeddən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə06:13
Ərdoğan: Türkiyə ABŞ ilə strateji münasibətləri iqtisadi əlaqələrdən ayrı düşünə bilmir
Region05:58
Meksika və Fransa BMT Təhlükəsizlik Şurasında veto hüququnun dayandırılmasına çağırıb
Digər ölkələr05:27
Böyük Britaniya ilk dəfə pilotsuz qurğudan torpedo buraxılışı həyata keçirib
Digər ölkələr04:55
Tramp İran ətrafındakı vəziyyətlə bağlı görüşlər keçirəcək
Digər ölkələr04:12
İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib
Region03:50
Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Region03:13