Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib

Digər ölkələr
  • 22 sentyabr, 2026
  • 03:13
Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib

ABŞ Prezidenti Donald Tramp Ağ Evin cənub çəmənliyində yeni helikopter meydançasının açılışını edib.

"Report" xəbər verir ki, mərasimi Ağ Evin mətbuat xidməti yayımlayıb.

Tramp inşaatçıların iştirakı ilə helikopter meydançasına aparan daş döşənmiş yolda lenti kəsib. Mərasim Trampı gözləyən yeni "VH-92A Patriot" prezident helikopterinin fonunda keçirilib.

ABŞ Prezidenti həmçinin iştirakçılara qısa nitqlə müraciət edib, lakin mühərriklərin səs-küyü səbəbindən yayım vasitəsilə onun məzmununu ayırd etmək mümkün olmayıb.

Trampın uçuşu zamanı orada olan Ağ Evin çəkiliş qrupunun jurnalistləri də onun çıxışını eşitmədiklərini bildiriblər.