Keçmiş məcburi köçkün: Bu gün mənim üçün çox sevincli gündür

Daxili siyasət
  • 22 sentyabr, 2026
  • 06:38
Keçmiş məcburi köçkün: Bu gün mənim üçün çox sevincli gündür

Bu gün mənim üçün çox sevincli gündür.

Bunu "Report"a açıqlamasında Cəbrayıl rayonun Şükürbəyli kəndinə köç edən keçmiş məcburi köçkün Eyvaz İsmayılov deyib.

O qeyd edib ki, 32 il doğma torpaqlara qayıtmaq həvəsi ilə yaşayıb:

"75 yaşım var. O vaxt balaca uşaqlarla çıxmışam, indi, Allaha şükür, böyüyüblər, evləniblər, nəvələrim var. Gün o gün olsun ki, hamı sevinc halında öz torpaqlarına qayıtsın. Həmçinin şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə cansağlığı, prezidentimizə uzun ömür arzulayıram ki, bizim insanlarmızı öz torpaqlarına qaytardı".

Qeyd edək ki, bu gün Xankəndi şəhəri, Xankəndinin Kərkicahan qəsəbəsi, Xocalı rayonunun Təzəbinə, Xanyurdu, Xanabad və Ballıca kəndləri, Ağdərə rayonunun Vəngli, Çapar, Aşağı Oratağ kəndləri və Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınacaq.