“Saudi Aramco”nun xalis mənfəəti 19 % azalıb
Energetika
- 09 may, 2023
- 08:18
Dünyanın ən böyük neft şirkəti olan “Saudi Aramco”nun 2023-cü ilin birinci rübündə xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 19 % azalaraq 31,9 milyard ABŞ dolları təşkil edib.
“Report” xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
“Saudi Aramco”nun sərbəst pul axını 1 % artaraq 30,9 milyard ABŞ dollarına çatıb. Birinci rüb üzrə dividendlər 19,5 milyard ABŞ dolları təşkil edib.
Yanvar-mart aylarında şirkətin satdığı neftin orta qiyməti bir barel üçün 81 ABŞ dolları təşkil edib. Bu, 2022-ci ilin birinci rübü ilə müqayisədə 17 % azdır.
“Saudi Aramco” tərəfindən karbohidrogen hasilatının orta səviyyəsi isə gündəlik neft ekvivalentində 12,8 milyon barel təşkil edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 1 % azdır.
Son xəbərlər
17:22
Azərbaycanda mobil cihazlarda "İOS"un bazar payı 2 dəfədən çox azalıb
İKT17:17
Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət16:57
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
Futbol16:55
Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Biznes16:54
Foto
Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub
İdman16:50
Foto
Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
Xarici siyasət16:48
AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur
ASK16:47
Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes16:38