Nazir: “TAP ilə İtaliyaya indiyənədək 26 mlrd kubmetrdən çox Azərbaycan qazı tədarük olunub"
- 01 mart, 2024
- 09:41
Yeniliklərdən dərhal xəbərdar olun!
2020-ci ildən bəri Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 26 milyard kubmetrdən çox Azərbaycan təbii qazı tədarük olunub və bunun da 10 milyard kubmetri 2023-cü ildə nəql olunub.
“Report” İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabına istinadən xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayır.
Il Ministro dell'Ambiente e della Sicurezza Energetica, On. Gilberto Pichetto Fratin, interviene alla 10° Ministeriale del Consiglio Consultivo sul Corridoio Meridionale del Gas. Ruolo strategico del gas per sicurezza energetica e decarbonizzazione pic.twitter.com/tAMldwb1Br
— Italy in Baku (@ItalyinBaku) March 1, 2024