Nazir: "Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarından sonra OPEK+ sazişi çərçivəsində fəaliyyət göstərəcək"

Energetika
  • 20 oktyabr, 2018
  • 12:26
Nazir: Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalarından sonra OPEK+ sazişi çərçivəsində fəaliyyət göstərəcək
Pərviz Şahbazov

Bakı.20 oktyabr. REPORT.AZ/ "Azərbaycanın OPEK+ ilə uğurlu əməkdaşlığı iki ildirdavam edir və biz bu gün bu kooperasiyanın bəhrəsini görürük".

 "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanınenergetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, Azərbaycan təşkilatın fəaliyyətinəöz töhfəsini verir: "OPEK+formatında fəaliyyətimiz neft bazarına, qiymətlərin sabitləşməsinə müsbət təsirgöstərir, neft sənayesinə yeni lazımi investisiyaların qoyulması üçün yeni vəziyyətyaradır. Bu da bütövlükdə bu sahənin inkişafına dinamiklik verir".

Nazirhəmçinin deyib ki, Azərbaycan ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra OPEK+ ilə əməkdaşlığı çərçivəsində qəbul olunmuş qərarlara əsasən fəaliyyətgöstərəcək.