“KazTransOil” BTC vasitəsilə “Tengiz” neftinin ixracını 3,5 dəfə artırıb

Energetika
  • 30 may, 2024
  • 12:09
“KazTransOil” BTC vasitəsilə “Tengiz” neftinin ixracını 3,5 dəfə artırıb

Bu ilin yanvar-aprel aylarında “KazTransOil” şirkəti “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri istiqamətində neft ixracının həcmini 3,5 dəfə artırıb.

“Report” bu barədə “KazTransOil” şirkətinin məlumatlarına istinadən xəbər verir.

“2024-cü ilin yanvar-aprel aylarında “KazTransOil” Aktau limanından “Tengiz” yatağından hasil olunan 490 min ton həcmində Qazaxıstan neftini Bakı-Tbilisi-Ceyhan neft kəməri istiqamətində ötürüb”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, 2023-cü ilin sonunda bu istiqamətdə “Tengiz” yatağından 1 milyon 57 min ton neft ixrac edilib.

2024-cü ilin sonuna kimi “KazTransOil” SC Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 1,5 milyon tona qədər “Tengiz” nefti ixrac etməyi planlaşdırır.

44 - Tezliklə