IMF 2023-cü ildə neftin qiyməti ilə bağlı proqnozunu dəyişib
Energetika
- 10 oktyabr, 2023
- 09:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Valyuta Fondu (IMF) 2023-cü ildə neftin orta qiyməti ilə bağlı proqnozunu iyulda gözlənilən 76,43 ABŞ dollarından bir barel üçün 80,49 ABŞ dollarına, 2024-cü il üçün proqnozunu isə 71,68 ABŞ dollarından bir barel üçün 79,92 ABŞ dollarına yüksəldib.
"Report" xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.
Belə ki, neftin qiymətinin 2023-cü ildə 16,5 %, 2024-cü ildə isə 0,7 % azalacağı gözlənilir.
Fondun məlumatına görə, 2022-ci ildə neftin qiyməti 39,2 % artaraq bir barel üçün 96,36 ABŞ dollar təşkil edib.
Qeyd edək ki, IMF neftin orta qiymətini hesablamaq üçün “Brent”, “Fateh” və "WTI" fyuçers kotirovkalarından istifadə edir.
Международный валютный фонд повысил прогноз цены на нефть в 2023 году
International Monetary Fund raises forecast for 2023 oil prices
Son xəbərlər
05:12
ABŞ "Bank of America"nı cərimələyib
Digər ölkələr
04:36
ABŞ Nikaraquadakı müvəqqəti işlər vəkilini məsləhətləşmələr üçün geri çağırır
Digər ölkələr
04:08
Aİ Bosniya və Herseqovinada gömrük əməliyyatları üçün 1 milyon avro ayırır
Digər ölkələr
03:43
Bu gün Yevlaxın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
03:23
Aİ Ukrayna və Moldova ilə üzvlük danışıqları üçün iki yeni klaster açıb
Region
02:57
Türkiyə Aİ-dən onu "Made in EU" sənaye strategiyasına daxil etməyə çağırıb
Digər ölkələr
02:45
Belçikanın müdafiə naziri Avropanı "TikTok"a qarşı tədbir görməyə çağırıb
Digər ölkələr
02:16
"Forbes": İlon Mask yenidən trilyoner statusunu itirib
Digər ölkələr
02:07
Netanyahu seçki ərəfəsində İsrailə hücum təhdidi ilə bağlı xəbərdarlıq edib
Digər ölkələr