IEA: 2018-ci ildə neft tələbatında artım yavaşlayacaq
Energetika
- 31 yanvar, 2018
- 07:36
Bakı. 31 yanvar. REPORT.AZ/ 2018-ci ildə qlobal neft tələbində artım 2017-ci illə müqayisədə yavaşlayacaq.
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Beynəlxalq Energetika Agentliyinin (IEA) Neft Bazarları sektoru Departamentinin rəhbəri Neyl Atkinson (Neil Atkinson) bildirib.
ABŞ-da neft hasilatının 2018-ci ildə 1 mln. barel/gün artacağını ehtimal edən Atkinson OPEC xaricində neft hasilatının ümumilikdə 1,7 mln. barel/gün yüksələcəyini proqnozlaşdırdığını qeyd edib. Atkinson ilk rübdə neft bazarında təklifin tələbi üstələyəcəyini, ilin qalan hissəsində isə bazarda kiçik həcmdə kəsir olacağını bildirib.
IEA ilin sonuna qədər OPEC+ anlaşmasının davam edəcəyini və hasilatın məhdudlaşdırılacağını ehtimal edir.
Son xəbərlər
12:48
"NEQSOL Holding" dörd Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb
Sənaye12:46
Nurlana Məmmədzadə: "Bədii gimnastika üzrə dünya çempionatını ən yüksək səviyyədə təşkil edəcəyik"
Fərdi12:40
Foto
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib - YENİLƏNİB
Daxili siyasət12:33
Növbəti 4 gün ərzində Azərbaycanda 41 dərəcə isti gözlənilir
Ekologiya12:25
Dankan Norman: Azərbaycan dilini öyrənmək karyeramdakı ən yaxşı qərarlardan biri olub
Xarici siyasət12:19
Foto
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib - YENİLƏNİB
Qarabağ12:18
Foto
Bakıda Belçika müstəmləkəçiliyinə həsr edilən beynəlxalq konfrans keçirilib - YENİLƏNİB
Xarici siyasət12:16
Dankan Norman: Bakı və İrəvan arasındakı sülh bütün regionun gələcəyini dəyişəcək
Digər ölkələr12:16