"Goldman Sachs": OPEC və Rusiya 2018-ci ildə OPEC+ anlaşmasından ayrılacaq

Energetika
  • 21 dekabr, 2017
  • 08:09
Goldman Sachs: OPEC və Rusiya 2018-ci ildə OPEC+ anlaşmasından ayrılacaq

Bakı. 21 dekabr. REPORT.AZ/ Neft bazarının balanslaşması və neft təklifinin azalması 2018-ci ilin ortasından etibarən Rusiya və OPEC-in neft hasilatının azaldılması ilə bağlı anlaşmadan ayrılmasına və hasilatı artırmasına səbəb olacağı proqnozlaşdırılır. "Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumat ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının hesabatında yer alıb.

Hesabatda bildirilib ki, ABŞ və digər qeyri-OPEC ölkələrində neft hasilatının 2018-ci ildə artacağı ehtimallarının yüksək olmasına baxmayaraq, 2018-ci ildə qlobal neft ehtiyatları mövsümi səviyyələrindən aşağı olacaq və II yarımillikdə azalmağa davam edəcək.

"Goldman Sachs" 2018-ci ildə "Brent" markalı neft üçün qiymət proqnozunu 62 dollar/barel səviyyəsində təsdiq edib.