Gələn il SOCAR-ın büdcə ödənişlərinin artacağı proqnozlaşdırılır
Energetika
- 23 oktyabr, 2018
- 12:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 23 oktyabr. REPORT.AZ/ 2019-cu ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) üzrə büdcə ödənişlərinin məbləği 1,450 mln. manat proqnozlaşdırılır.
“Report” bu barədə 2019-cu il dövlət büdcəsi zərfinə istinadən xəbər verir.
SOCAR-ın büdcə ödənişlərinin bu ilin proqnozları ilə müqayisədə 20 mln. manat çox olacağı gözlənilir. Bu isə vergi orqanları tərəfindən neft sektoru üzrə daxilolmaların 62,1%-ni təşkil edir.
Qeyd edək ki, SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 511,033 mln. manat vəsait ödəyib. Şirkətin büdcə ödənişləri 2016-cı ilə nisbətən 115, 577 mln. manat və ya 8,3% artıb.
Son xəbərlər
17:04
Foto
Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edilib
Sağlamlıq
17:03
Hikmət Quliyev: Dünyəvi təhsil demokratik dövlətçiliyin və müasir şəxsiyyətin formalaşmasının əsas şərtidir
Elm və təhsil
17:03
Fransada yuxarı sinif şagirdlərinin etiraz aksiyaları zamanı 8 nəfər xəsarət alıb
Digər ölkələr
17:01
Sabah Naxçıvanın bir sıra ərazilərində işıq kəsiləcək
Energetika
16:58
İranın daxili işlər naziri Azərbaycan Prezidentinə təşəkkür edib
Xarici siyasət
16:55
Riçard Trautman: "Azərbaycanın cüdo ictimaiyyəti Balabəy Ağayevdən qızıl medal gözləyirdi"
Fərdi
16:54
Azərbaycan və Kamboca yeni bazarlara çıxış imkanlarını birləşdirir
İnfrastruktur
16:50
Sabah Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ
Ekologiya
16:47
Foto
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib
Xarici siyasət