Əməliyyat şirkətlərinin nümayəndələri SOCAR-ın yeni özülünə səfər ediblər

Energetika
  • 01 fevral, 2019
  • 07:54
Əməliyyat şirkətlərinin nümayəndələri SOCAR-ın yeni özülünə səfər ediblər

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən neft şirkətlərinin nümayəndələri “Bulla-dəniz” yatağında yeni istismara verilmiş 12 saylı stasionar dəniz özülünə işgüzar səfər ediblər.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, özüldə yaradılmış şəraitlə yaxından tanış olmaq üçün təşkil olunan səfərdə BP, “Equinor”, “Total”, “SOCAR-KBR” və “SOCAR-Ümid” əməliyyat şirkətlərinin təmsilçiləri iştirak ediblər.

44 - Tezliklə