Dünya bazarında neftin qiyməti ucuzlaşıb

Energetika
  • 26 iyun, 2015
  • 04:02
Dünya bazarında neftin qiyməti ucuzlaşıb

Bakı. 26 iyun. REPORT.AZ/ Dünya bazarında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 1,31 dollar və ya 2,15% ucuzlaşaraq 59,70 dollar təşkil edib.

"Report"un məlumatına görə, birjalarda "Brent" markalı neftin qiymətində də mənfi dəyişiklik müşahidə olunub. Belə ki, bu markalı neftin qiyməti 0,45%, yaxud 0,29 dollar geriləyərək 63,20 dollar/barel olub.

Proqnozlara görə, xam neftin qiyməti ilin sonunadək hazırkı vəziyyətdə qalarsa, 2015-ci il üzrə neftin orta qiymətinin 69 dollar/barel olacağı gözlənilir.