"The Times": İsrail 8 oktyabrda Britaniya konsulluğunu bağlayacaq

Digər ölkələr
  • 08 oktyabr, 2026
  • 05:54
The Times: İsrail 8 oktyabrda Britaniya konsulluğunu bağlayacaq

İsrail oktyabrın 8-də Şərqi Qüdsdəki Britaniya konsulluğunun fəaliyyətini dayandıracaq, lakin onun əməkdaşlarını ölkədən çıxarmayacaq.

"Report" "The Times"a istinadən xəbər verir ki, nümayəndəlik diplomatik statusunu itirəcək, bununla belə, orada çalışan 30-a yaxın Britaniya diplomatı xidmətini Təl-Əvivdəki səfirliyində davam etdirə biləcək.

Qərar diplomatların ailə üzvlərinin ölkədən çıxarılmasını nəzərdə tutmur.

Daha əvvəl London xəbərdarlıq etmişdi ki, konsulluğun bağlanmasına cavab olaraq 30 İsrail diplomatını Böyük Britaniyadan çıxara bilər.