Bu il İranın neft gəlirləri 50 mlrd. dollara çatacaq
Energetika
- 11 fevral, 2017
- 17:09
Bakı. 11 fevral. REPORT.AZ/ İranın növbəti yeni yerli təqvim ilində (Martın 21-dən başlayır. - Report) xam neft və kondensat ixracından gəlirləri neftin qiyməti bir barel üçün 55 dollar civarında qalmaq şərti ilə 45-50 milyard dollara çatacaq.
“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Zanqane deyib.
“İranın gələn il neft ixracından gəlirləri 50 milyard dollara çatacaq”, - deyə o bildirib.
Nazirin sözlərinə görə, hazırda İran neftinin ixracı təqribən sanksiyadan əvvəlki səviyyəyə çatıb.
“İranın neft və kondensat ixracı son dörd ayda sutkada 2,8 milyon barel təşkil edib. Sanksiya dövrü ilə müqayisədə onlar sutkada 1,6 milyon barel artıb”, — deyə o əlavə edib.
Son xəbərlər
06:39
Rusiyanın Kiyevə hücumunda ölənlərin sayı 27-yə çatıb
Digər ölkələr06:10
Zlatko Daliç: "Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildik"
Futbol06:00
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines: "Qələbəni Dioqu Jotaya həsr edirik"
Futbol05:35
Trampa sui-qəsd cəhdi zamanı Məxfi Xidmətin yol verdiyi səhvlər açıqlanıb
Digər ölkələr05:34
Kriştianu Ronaldu Portuqaliya - Xorvatiya matçının ən yaxşı oyunçusu olub
Futbol05:09
Foto
DÇ-2026: Portuqaliya Xorvatiyaya qalib gələrək 1/8 finalda İspaniyaya rəqib olub - YENİLƏNİB-6
Futbol04:29
NYT: İsrail Qalibafın Pakistandan İrana uçan təyyarəsinə hücum etməyi planlaşdırıb
Digər ölkələr03:53
Münxendə isti havaya görə fövqəladə vəziyyət elan edilib
Digər ölkələr03:29