Zlatko Daliç: "Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildik"

Futbol
  • 03 iyul, 2026
  • 06:10
Zlatko Daliç: Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildik

Futbol üzrə Xorvatiya seçməsi Portuqaliya ilə görüşdə məğlubiyyətə layiq deyildi.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu xorvatların baş məşqçisi Zlatko Daliç Portuqaliyaya qarşı DÇ-2026-nın 1/16 final mərhələsinin oyunundan sonra deyib.

Mütəxəssis məğlubiyyətin xoş olmadığını bildirib:

"Məğlub olduğumuz üçün çox üzgünəm. İkinci hissədə daha üstün tərəf idik və çoxlu qol imkanları yaratdıq. Oyun çox emosional keçdi. Futbolçularıma heç bir iradım yoxdur. Onlar sonadək mübarizə apardılar, əllərindən gələni etdilər, amma alınmadı. Hesab arasındakı fərqiı artıraraq qələbəni təmin edə biləcəyimiz əlverişli epizodlar yaratdıq. Təəssüf ki, bundan yararlana bilmədik. Portuqaliya millisini təbrik edirəm. Bu şəkildə mübarizəni dayandırmaq çox ağırdır. Düşünürəm ki, buna layiq deyildik, çünki oyun baxımından Portuqaliya ilə başabaş mübarizə apardıq".

Qeyd edək ki, Portuqaliya Xorvatiya seçməsinə 2:1 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb.

44 - Tezliklə