DÇ-2026: Portuqaliya Xorvatiyaya qalib gələrək 1/8 finalda İspaniyaya rəqib olub - YENİLƏNİB-6

Futbol
  • 03 iyul, 2026
  • 05:09
DÇ-2026: Portuqaliya Xorvatiyaya qalib gələrək 1/8 finalda İspaniyaya rəqib olub - YENİLƏNİB-6

Futbol üzrə dünya çempionatında Portuqaliya Xorvatiyanı məğlub edərək mübarizədən kənarlaşdırıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar 2:1 hesablı qələbəyə seviniblər.

Hesabı xorvatlar açıb. 53-cü dəqiqədə İvan Perişiç diqqət mərkəzinə düşüb. Lakin geridönüş etməyi bacaran portuqaliyalıların heyətində Kriştianu Ronaldu (68-p.) və Qonsalu Ramuş (90+4) fərqləniblər.

Portuqaliya millisinin 1/8 finaldakı rəqibi İspaniya olacaq.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Xorvatiya oyununda üçüncü qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar hesabda irəli çıxıblar - 2:1.

90+4-cü dəqiqədə Qonsalu Ramuş adını tabloya yazdırıb.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Xorvatiya oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında portuqaliyalılar hesabı bərabərləşdiriblər - 1:1.

68-ci dəqiqədə Kriştianu Ronaldu penalti zərbəsini dəqiq yerinə yetirib.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Xorvatiya oyununda ilk qol vurulub.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında xorvatlar hesabda irəli çıxıblar - 1:0.

53-cü dəqiqədə İvan Perişiç fərqlənib.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Xorvatiya oyununda ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Xorvatiya oyununda ilk hissə bitib.

"Report"un məlumatına görə, Toronto stadionunda keçirilən 1/16 final mərhələsinin matçında hesab açılmayıb - 0:0.

Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.

Futbol üzrə dünya çempionatının Portuqaliya - Xorvatiya oyunu başlayıb.

"Report"un məlumatına görə, 1/16 final mərhələsinin matçı Toronto stadionunda keçirilir.

Qarşılaşmanı norveçli FIFA referisi Espen Eskos idarə edir.