Bu il Azərbaycanın metanol ixracından qazancı 34 %-dək azalıb

Energetika
  • 26 mart, 2023
  • 06:24
Bu il Azərbaycanın metanol ixracından qazancı 34 %-dək azalıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 74 min 899,25 ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 15 milyon 770,93 min ABŞ dolları təşkil edib.

Bu, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 0,59 % çox və 33,8 % azdır.

Bu ilin yanvar-fevral ayları ərzində metanolun qeyri-neft sektoru üzrə ixracda payı 2,42 % olub. Hesabat dövründə ilkin formalarda metanolun ölkənin ümumi ixracdakı payı 0,35 % olub.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici ölkələrlə 7 milyard 171 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 2 aylıq xarici ticarət dövriyyəsinin 4 milyard 520 milyon ABŞ dolları ixracın, 2 milyard 651 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Qeyd edək ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.