Bu il Azərbaycan təbii qaz ixracından qazancını 4 dəfə artırıb
- 18 oktyabr, 2022
- 07:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-sentyabr ayları ərzində gömrük bəyannamələrinə əsasən, Azərbaycan 16 milyard 552 milyon 772,27 min kubmetr həcmində təbii qaz ixrac edib.
Bu barədə “Report” Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən xəbər verir.
Məlumata görə, bu ilin 9 ayı ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 12 milyard 102 milyon 516,1 min ABŞ dolları təşkil edib.
2022-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac edilən təbii qazın həcmi 2021-ci ilin 9 ayı ilə müqayisədə 10,9 %, dəyəri isə 4,1 dəfə çoxdur.
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi ixracında təbii qazın payı 41 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 814 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. 9 aylıq xarici ticarət dövriyyəsinin 29 milyard 521 milyon ABŞ dolları ixracın, 10 milyard 293 milyon ABŞ dolları isə idxalın payına düşüb.