Bu il Azərbaycan karbamid ixracından qazancını 17 dəfə artırıb
- 18 mart, 2022
- 08:02
Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 48 min 159,33 ton azot gübrəsi ixrac edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən iki ay ərzində həyata keçirilən ixracın dəyəri 29,315 milyon ABŞ dolları təşkil edib.
Bu, 2021-ci il ilin yanvar-fevral ayları ilə müqayisədə müvafiq olaraq 4,5 dəfə və 17 dəfə çoxdur.
Hesabat dövründə azot gübrəsi qeyri-neft sektoru üzrə ixracda 6,35 %, ümumi ixracda isə 0,49 % paya malik olub.
Qeyd edək ki, azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisindəki “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə 650-660 min ton karbamid istehsal etmək gücündədir. İstehsal həcminin 70 %-i ixrac üçün nəzərdə tutulub.