"BP-Azerbaijan" iqtisadiyyat sahəsində üç kitabı Azərbaycan dilinə tərcümə etdirib

Energetika
  • 13 dekabr, 2018
  • 08:25
BP-Azerbaijan iqtisadiyyat sahəsində üç kitabı Azərbaycan dilinə tərcümə etdirib

Bakı.13 dekabr. REPORT.AZ/ Bu gün "BP-Azerbaijan" dünyada geniş yayılmış üç kitabın Azərbaycan dilinə tərcümə edilmiş nəşrini təqdim edib.

"Report" xəbər verir ki, bu kitablar "Beynəlxalq iqtisadiyyat:Nəzəriyyə və siyasət" (müəlliflər: Pol R.Kruqman, Mauris Obstfeld və Mark J.Melitz), "Makroiqtisadiyyat" (müəllif: Olivier Blanşar), "Makroiqtisadiyyatın əsasları" (müəlliflər: Karl E.Keys, Rey C. Feyr və Şaron E.Oster) kitablarıdır.

Üç kitabın tərcümə və çap xərcləri ümumilikdə təxminən 268 min manat təşkil edib. 

 Bu kitablar universitetlərin iqtisadiyyat fakültələrindəki tələbələrin və müəllimlərin, habelə iqtisadi nəzəriyyələr, siyasətlər və inkişaflar üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə edilib.

Kitabların təqdimat mərasimində çıxış edən "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, bu üç kitab aparıcı beynəlxalq universitetlərdə geniş istifadə edilir və bir çox dillərə tərcümə edilib. "Layihəyə ötən ilin ortalarında başlanılıb.Layihəyə daxil olan kitabların seçimi heç də təsadüfi deyil. Hər üç kitab beynəlxalq iqtisadiyyat nəzəriyəsi və siyasəti, makroiqtisadiyyat və makroiqtisadiyyat haqqında dünyada ən geniş istifadə edilən kitablar hesab olunur. Bu kitablar ilk dəfədir Azərbaycan dilinə tərcümə edilib. BP-nin yerli universitetlərə hədiyyəsi olan bu kitabları həmçinin yerli kitabxanalar və əlaqədar təhsil müəssisələri vasitəsilə bütün maraqlanan şəxslər də əldə edə biləcəklər”,- vitse-prezident qeyd edib.

44 - Tezliklə