"AzərEnerji" Dünya Bankı ilə AZURE layihəsinin gedişatını müzakirə edib
- 09 iyul, 2026
- 15:20
Yeniliklərdən dərhal xəbərdar olun!
"AzərEnerji" ASC və Dünya Bankı arasında bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası (AZURE) layihəsinin ümumi gedişatı barədə müzakirələr aparılıb.
"Report" səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu barədə müzakirələr "AzərEnerji"nin sədri Baba Rzayev və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolanda Praysın rəhbərlik etdiyi nümayəndə heyətləri arasında keçirilən görüşdə aparılıb.
Görüşdə AZURE layihəsinin komponentlər üzrə son vəziyyət, qarşıda görüləcək işlər, yeni əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb.
Azərbaycanda həyata keçirilən irihəcmli bərpa olunan enerji mənbələrinin şəbəkəyə inteqrasiyası və əməkdaşlığın perspektivləri barədə də geniş fikir mübadiləsi edilib.