Azərbaycanda günəş panellərinin quraşdırılması üçün ilk güzəştli kredit ayrılıb

Energetika
  • 19 oktyabr, 2026
  • 16:43
Azərbaycanda günəş panellərinin quraşdırılması üçün ilk güzəştli kredit ayrılıb

Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi çərçivəsində ilk layihə maliyyələşdirilib.

Bu barədə "Report" Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (EMTA) istinadən xəbər verir.

Məlumata əsasən, ilk maliyyələşdirilən layihə ilə bərpa olunan enerji mənbələrindən istifadə istiqaməti üzrə aktiv istehlakçıların günəş panellərinin quraşdırılması nəzərdə tutulur. Layihə nəticəsində illik təqribən 50 000 m3 təbii qaza qənaət ediləcəyi və 100 ton karbon emissiyasının qarşısının alınacağı gözlənilir.

Bu il EMTA və "Kapital Bank" arasında, həmçinin ümumilikdə ölkənin 14 aparıcı bankı arasında müvəkkil kredit təşkilatı vasitəsilə Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsinə dair əməkdaşlıq müqaviləsi imzalanıb. Fondun vəsaiti hesabına bank tərəfindən təqdim olunan güzəştli kreditlər fiziki və hüquqi şəxslərə enerji effektivliyi və bərpa olunan enerji mənbələrindən istifadə üzrə layihələrini həyata keçirmək üçün daha əlverişli maliyyələşmə imkanları yaradır.

44 - Tezliklə