Azərbaycan ötən il Rumıniyaya neft ixracını 20 %-dən çox artırıb

Energetika
  • 22 yanvar, 2025
  • 08:29
Azərbaycan ötən il Rumıniyaya neft ixracını 20 %-dən çox artırıb

Ötən il Azərbaycan Rumıniyaya 750 min 196,86 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 437 milyon 801,43 min ABŞ dolları təşkil edib.

Azərbaycandan Rumıniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü illə müqayisədə 20,6 %, dəyəri isə 14,4 % çoxdur.

Rumıniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,18 % olub.

Qeyd edək ki, 2024-cü ildə gömrük bəyannamələrinə əsasən, Azərbaycan 14 milyard 437 milyon 355,99 min ABŞ dolları dəyərində 23 milyon 596 min 132,23 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ilində Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb.

44 - Tezliklə