Azərbaycanın 10 ayda İspaniyaya ixrac etdiyi neftin həcmi açıqlanıb

Energetika
  • 26 noyabr, 2024
  • 12:04
Azərbaycanın 10 ayda İspaniyaya ixrac etdiyi neftin həcmi açıqlanıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İspaniyaya 250 min 395,80 ton xam neft ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 142 milyon 979,29 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İspaniyaya ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 dəfə, dəyəri isə 4,9 dəfə azdır.

İspaniyaya ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 1,22 % olub.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 12 milyard 762 milyon 589,03 min ABŞ dolları dəyərində 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb.