Azərbaycan daha bir Avropa ölkəsinə metanol tədarük etməyə başlayıb
- 27 mart, 2023
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2023-cü ilin ilk ayında Azərbaycandan xaricə 8,441 milyon ABŞ dolları dəyərində 41 min 583 ton metanol (metil spirti) göndərilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 29 % azdır, kəmiyyət olaraq – 12 % çoxdur.
Hesabat dövründə Azərbaycan Niderlanda 2,1 milyon ABŞ dolları dəyərində 10 min 409 ton (bir il əvvəl tədarük olmayıb), Rumıniyaya 2,57 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 35 % azdır) 12 min 455 ton (+0,8 %), Türkiyəyə 2,5 milyon ABŞ dolları dəyərində (-25 %) 12 min 471 ton (+20,4 %), İtaliyaya 832 min ABŞ dolları dəyərində 4 min 157 ton (bir il əvvəl tədarük olmayıb) və Latviyaya 459 min ABŞ dolları dəyərində 2 min 88 ton məhsul satıb.
Bu il son 12 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Latviyaya metanol tədarükü həyata keçirilib.