Aİ ölkələri iki ayda Azərbaycandan təxminən 2,7 milyon ton neft idxal edib
- 06 may, 2025
- 13:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) ölkələri bu ilin yanvar-fevral aylarında Azərbaycandan 2 milyon 647,899 min ton neft idxal edib.
“Report” Avropa İttifaqının Statistika İdarəsinin (“Eurostat”) məlumatlarına istinadən xəbər verir ki, bu da 2024-cü ilin yanvar-fevral göstəricisindən 4,9 % çoxdur.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə tədarük edilən neftin dəyəri 1 milyard 598,978 milyon avro (+4,4 %) təşkil edib.
Ən böyük beş idxalçı arasında: İtaliya – 572,898 milyon avro (-27,8 %) dəyərində 982,873 min ton (-25,1 %), Çexiya – 277,564 milyon avro (-1,5 %) dəyərində 493,225 min ton (+3,5 %), Almaniya - 216,467 milyon avro (+2,9 dəfə) dəyərində 365,415 min ton (+3,1 dəfə), Rumıniya - 167,423 milyon avro (+2,6 dəfə) dəyərində 288,697 min ton (+2,8 dəfə), İrlandiya – 151,588 milyon avro dəyərində 156,618 min (2024-cü ilin yanvar-fevralında tədarük olmayıb) ton tədarük edilib.
Bildirilib ki, Aİ ölkələri ötən il Azərbaycandan 10 milyard 276,667 milyon avro (-17,1 %) dəyərində 17 milyon 271,505 min ton (- 14,9 %) neft idxal edib.