ABŞ-dan Belarusa göndərilən neft limana çatıb
Energetika
- 06 iyun, 2020
- 06:10
ABŞ-dan Belarus üçün yola salınan, təxminən, 80 min tonluq neft tankeri Litvanın Klaypeda dəniz limanına çatıb.
“Report” xəbər verir ki, bunu Belarusun “Belneftexim” dövlət şirkətinin mətbuat katibi Aleksandr Tişenko "RİA Novosti” agentliyinə bildirib.
“İyunun 5-də saat 23:00-da “Bakken” markalı 77 min ton ABŞ nefti Klaypeda dəniz limanına çatdırılıb. Bundan sonra neft dəmiryolu vasitəsi ilə Belarusun Novopolski neft emalı zavoduna daşınacaq”, - o vurğulayıb.
Qeyd edək ki, 2020-ci il fevralın 1-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşdə əldə edilən razılığın nəticəsi olaraq artıq Belarus ABŞ-dan neft tədarük etməyə başlayıb.
Son xəbərlər
05:29
Misirdə avtobus qəzasında 22 nəfər ölüb
Digər ölkələr04:55
Minneapolis şəhərindəki atışmada azı 2 nəfər ölüb - YENİLƏNİB
Digər ölkələr04:44
ABŞ-da nazirin olduğu təyyarə mühərrikdəki nasazlığı səbəbindən məcburi eniş edib
Digər ölkələr03:48
Mübahisəli cəzadan sonra Obameyanq milli komandadan ayrılıb
Futbol03:13
CENTCOM İranda toy mərasiminin keçirildiyi yerə endirilən zərbəni araşdırır
Digər ölkələr02:37
Norveç Rusiyaya məxsus gəminin saxlanıldığını təsdiqləyib
Digər ölkələr02:14
Macarıstanın baş naziri: Ölkəmiz heç bir namizədin Aİ-yə sürətlə qəbulunu dəstəkləmir
Digər ölkələr01:46
ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 86 ticarət gəmisini saxlayıb
Digər ölkələr01:17