Təhsil Nazirliyinə 20 nömrəli məktəbə yeni binanın tikintisi ilə bağlı 10 milyon ayrıldı

Elm və təhsil
  • 23 aprel, 2015
  • 13:48
Təhsil Nazirliyinə 20 nömrəli məktəbə yeni binanın tikintisi ilə bağlı 10 milyon ayrıldı

Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinin davam etdirilməsi məqsədilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.