Lisey və gimnaziyaların nümunəvi tədris planları təsdiqlənib

Elm və təhsil
  • 31 iyul, 2019
  • 11:29
Lisey və gimnaziyaların nümunəvi tədris planları təsdiqlənib

Təhsil naziri Ceyhun Bayramov “Lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planlarının təsdiqi” haqqında əmr imzalayıb.

Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib. 

Əmrə əsasən, tədris Azərbaycan və rus dillərində aparılan lisey, məktəb-lisey və gimnaziyaların təmayül sinifləri üçün 2019-2020-ci dərs ilinə aid nümunəvi tədris planları təsdiq edilib.

Əmr lisey, məktəb-lisey və gimnaziyalarda təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədi daşıyır.