Bakıda birinci sinifdə təhsil alan şagirdlərin sayı açıqlanıb

Elm və təhsil
  • 21 dekabr, 2021
  • 06:50
Bakıda birinci sinifdə təhsil alan şagirdlərin sayı açıqlanıb

2021-ci ildə Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə 46 479 uşaq qəbul edilib.

Bu barədə "Report"a idarədən məlumat verilib.

BŞTİ-nin tabeliyindəki 275 ümumi təhsil müəssisəsində 1070 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir.

2021-ci ildə paytaxt üzrə məktəbəhazırlıq qruplarına 25 444 uşaq cəlb olunub.