Azərbaycanlı tələbələr Latviyada təqaüdlə təhsil alacaqlar
Elm və təhsil
- 14 avqust, 2025
- 16:15

2025–2026-cı tədris ili üzrə 10 nəfər Azərbaycan vətəndaşı Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Latviyada təhsil almaq hüququ qazanıb.
Bu barədə "Report"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, seçim nəticəsində müəyyənləşdirilən tələbələr Latviya Respublikasının “Riga Technical University”, “University of Latvia”, “Rīga Stradiņš University” və digər nüfuzlu ali təhsil müəssisələrində müxtəlif səviyyələr üzrə təhsil alacaqlar.
Qeyd edək ki, bu təqaüd proqramında iştirak edən 23 ölkə arasında Azərbaycan tələbələri say çoxluğuna görə ilk üçlükdə yer alıb. Bu, Azərbaycan gənclərinin beynəlxalq təhsil imkanlarından fəal istifadə etdiyini və xaricdə uğurla təmsil olunduğunu göstərir.
Son xəbərlər
01:07
Qətərin Baş naziri HƏMAS-a ABŞ-nin Qəzza ilə bağlı şərtlərinin qəbulu üçün təzyiq göstərib
Digər ölkələr00:47
DÇ-2026: İtaliya, Xorvatiya və Kosovo yığmaları qalib gəlib
Futbol00:28
Finlandiya Ukraynanın xahişi ilə ATƏT-in Daimi Şurasının növbədənkənar iclasını çağırıb
Digər ölkələr23:57
Meksika Prezidenti ABŞ-də miqrantlara qarşı reydi tənqid edib
Digər ölkələr23:47
Tupak Şakuru öldürməkdə təqsirləndirilən şəxs sifarişçinin adını açıqlayıb
Şou-biznes23:40
İzmirdəki silahlı hücumla bağlı saxlanılanların sayı 9-a çatıb
Region23:30
Bakının iki rayonunda su olmayacaq
İnfrastruktur23:18
Xalq rəssamı Nazim Bəykişiyev vəfat edib
İncəsənət22:56