Azərbaycan və DCO rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya töhvəsini müzakirə edib
- 05 oktyabr, 2026
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan və Rəqəmsal Əməkdaşlıq Təşkilatı (DCO) rəqəmsal iqtisadiyyatın iqtisadi diversifikasiya və rəqabətqabiliyyətliliyin artırılmasına töhfəsini, texnologiya sektoruna birbaşa xarici investisiyaların cəlb edilməsini və innovasiyalar əsasında məhsuldarlığın yüksəldilməsini müzakirə ediblər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu barədə müzakirələr DCO-nun Baş katibi xanım Dima Əl-Yahya (Deemah Al Yahya) ilə görüşdə aparılıb.
"Startapların, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin, eləcə də yüksək inkişaf potensialına malik şirkətlərin dəstəklənməsi, rəqəmsal ticarətin inkişafı və beynəlxalq bazarlara çıxış imkanının genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi apardıq", - deyə nazir qeyd edib.