"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək

Futbol
  • 05 oktyabr, 2026
  • 16:38
Sumqayıt qarşıdakı iki ev oyununu SOCAR Polymer Arenada keçirəcək

"Sumqayıt" komandası Misli Premyer Liqasında növbəti iki ev matçını "SOCAR Polymer Arena"da keçirəcək.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən bildirilib.

Qərar Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun ot örtüyündə aparılan renovasiya işləri ilə əlaqədar qəbul edilib.

Çempionatın X turunun "Sumqayıt" - "Şəfa" görüşündən əvvəl stadiona baxış keçiriləcək və arenanın statusu ilə bağlı növbəti qərar veriləcək.