AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Təhsil şöbəsi yaradılıb

Elm və təhsil
  • 22 aprel, 2016
  • 09:37
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Təhsil şöbəsi yaradılıb

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda Təhsil şöbəsi yaradılıb.

İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, filologiya elmləri doktoru İlhami Cəfərsoy yeni şöbənin sədri seçilib.

Məlumata görə, institutda magistratura pilləsi oldugu üçün Təhsil şöbəsinin yaradılması müsbət qiymətləndirilir.