Sabah hava yağmursuz olacaq
Ekologiya
- 06 noyabr, 2025
- 12:31
Bakıda və Abşeron yarımadasında noyabrın 7-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.
Son xəbərlər
12:40
Azərbaycandakı qoruqlardan 8 ayda 4 milyon manatdan artıq gəlir əldə olunub
Turizm12:35
Foto
Alban-Udi xristian dini icmasının üzvləri Xudavəng monastırını ziyarət ediblər
Din12:34
Azərbaycandakı qoruqları 8 ayda 432 min nəfər bilet almaqla ziyarət edib
Turizm12:33
Rəqəmsal Əməkdaşlıq Təşkilatının baş katibi Azərbaycana səfər edəcəyini bildirib
Xarici siyasət12:32
Foto
Azərbaycan gimnastları Slovakiyadakı beynəlxalq turnirdə 7 medal qazanıblar
Fərdi12:32
BP "Dərinsulu Günəşli"də yeddi sualtı quyuda müdaxilə əməliyyatlarını yekunlaşdırıb
Energetika12:31
Oxçuçay üzərində yerləşən KSES-də istehsal edilən enerjinin həcmi açıqlanıb
Energetika12:30
Foto
Video
Dağların arasında gizlənən tarix: Xudavəngdən möhtəşəm görüntülər
Multimedia12:27