Alban-Udi xristian dini icmasının üzvləri Xudavəng monastırını ziyarət ediblər

Din
  • 28 sentyabr, 2026
  • 12:35
Alban-Udi xristian dini icmasının üzvləri Xudavəng monastırını ziyarət ediblər

Alban-Udi xristian dini icması üzvlərinin Xudavəng monastır kompleksinə səfərləri başlayıb.

"Report"un Kəlbəcərə ezam olunan əməkdaşı xəbər verir ki, Qafqaz Albaniyasının mədəni və dini irsini yaşadan Alban-Udi xristian dini icmasının üzvləri rayon ərazisində yerləşən, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Xudavəng monastır kompleksini ziyarət ediblər.

İcma üzvləri monastırda dini ayinləri yerinə yetiriblər, ibadət şamları yandırıblar, Azərbaycan xalqının rifahı və əmin-amanlıq üçün dualar ediblər.

44 filmi