Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Ekologiya
  • 11 sentyabr, 2015
  • 07:46
Sabah Azərbaycanın rayonlarında şimşək çaxacaq, yağış yağacaq

Bakı. 11 sentyabr. REPORT.AZ/ Sabah Bakıda 28 dərəcə isti olacaq. Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 19-24, gündüz 25-28, Bakıda gecə 20-22, gündüz 26-28 dərəcə isti olacaq.

Sabah Azərbaycan rayonlarında şimşək çaxacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza görə, sentyabrın 12-də Abşeron yarımadasında mülayim xəzri küləyinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 13-14-də meteoroloji amillərin normalıq, sutkalıq gedişi müsbət amil olsa da, bəzi saatlarda havada rütubətliliyin normadan çox olması meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.