Kastilo: Panama paylayıcı şəbəkələrdəki sızmalara görə suyun 50 %-ə qədərini itirir

Ekologiya
  • 20 may, 2026
  • 17:46
Kastilo: Panama paylayıcı şəbəkələrdəki sızmalara görə suyun 50 %-ə qədərini itirir

Panama su toplayıcı hövzələrin qorunması və idarə olunması, eləcə də son onilliklər ərzində itirilmiş ekoloji dayanıqlılıq barədə əhalinin məlumatlılığının artırılması məqsədilə onların ölkənin ərazi planlaşdırılması sisteminə daxil edilməsi istiqamətində iş aparır.

"Report" xəbər verir ki, bu barədə Panamanın mənzil tikintisi və ərazi planlaşdırılması naziri Xayme Xovane Kastilyo Bakıda WUF13 çərçivəsində keçirilən tədbirdə bildirib.

Nazir qeyd edib ki, Panama iqtisadiyyatının su ehtiyatlarından asılı olmasına baxmayaraq, ölkə əhalini içməli su ilə təmin etməkdə çətinlik çəkir.

O qeyd edib ki, istehlak və ərzaq təhlükəsizliyi üçün su təmin edən su hövzələrinin vəziyyətinə məhəl qoyulmaması kənd təsərrüfatının və əhalinin ərzaq təminatının gələcəyini təhlükə altına ala bilər.

Nazir əlavə edib ki, problemin mühüm hissəsi su toplayıcı hövzələrin qorunmasına yetərincə diqqət yetirilməməsi ilə bağlıdır: "Paylayıcı şəbəkələrdəki sızmalar və istehlakçıların məsuliyyətinin yetərli olmaması səbəbindən ölkədə su itkiləri 50 %-ə qədər çatır. Bu, bizi yenidən vəziyyətin obyektiv qiymətləndirilməsinə müraciət etməyə vadar edir. Ərazi planlaşdırılması mənsubiyyət hissini və dövlətin təqdim etdiyi baza xidmətlərinin dəyərinin dərk edilməsini formalaşdırmalıdır".

Onun sözlərinə görə ki, dünyanın ən yağışlı ölkələrindən biri olaraq Panama iqlim və mövsümi dəyişikliklər şəraitində yağıntıların saxlanması və tənzimlənməsi üçün infrastruktur çatışmazlığı səbəbindən bu yağıntıların əhəmiyyətli hissəsinin itirilməsi kimi paradoksal vəziyyətlə üzləşir: "Hər şey özümüzdən – vəziyyətin düzgün təhlilindən və digər ölkələrin təcrübəsinin nəzərə alınmasından başlayır".