Meksika millisinin baş məşqçisi istefa verib
Dünya Çempionatı - 2022
- 01 dekabr, 2022
- 04:39
Futbol üzrə Meksika millisinin baş məşqçisi Xerardo Martino istefa verib.
"Report"un məlumatına görə, 60 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında qrup mərhələsinin III turunda Səudiyyə Ərəbistanına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra bu addımı atıb.
Argentinalı baş məşqçi qrupda qalmaq uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib. "Bu, dəhşətli məyusluqdur".
Qeyd edək ki, Meksika yığması C qrupunu Polşa ilə birlikdə 4 xalla başa vursa da, top fərqinə görə 1/8 finala yüksələ bilməyib. Xerardo Martino 2019-cu ildən Meksika millisində işləyib.
Son xəbərlər
02:20
İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Region02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40
Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb
Digər ölkələr01:11
Zelenski məmurlar arasında anti-korrupsiya yoxlamalarının başlandığını bildirib
Digər ölkələr00:59
UEFA Avropa Liqasında əsas mərhələnin ilk oyunları keçirilib
Futbol00:18
Serbiya Prezidenti Haaqadakı prosesi ikiüzlülüyün təzahürü adlandırıb
Digər ölkələr23:54
Pidlasa: 2027-ci ildə xərcləri qarşılamaq üçün Ukraynaya daha 32,6 milyard dollar lazımdır
Digər ölkələr23:44
FES üç il ərzində ilk dəfə uçot dərəcəsini 4%-ə qaldırıb
Maliyyə23:30